Print Editions – Fotoqrafika as a Collectible Object
- Apr 17
- 3 min read
Updated: Apr 22
We are excited to announce that physical print-on-demand editions of Fotoqrafika magazine are now available. Starting with Issue 06, you can order an archival-quality printed version — produced individually, only when requested. Each copy is brought into existence just for you.

The high-resolution PDF remains the heart of Fotoqrafika — completely free, open, and unchanged.
Photography lives beautifully on screen, yet there is something special about holding a carefully printed magazine in your hands. There is a distinct experience in turning a page, in seeing a sequence take shape in print, in engaging with images as a physical object.
The print edition is designed as a collectible piece - an optional extension for those who want to collect, display, or archive the work in tangible form. This isn’t just a magazine; it’s a piece of the archive — something to keep, return to, and place within your own space. It is not a replacement, but a complementary way to experience the same carefully curated issue.
High-resolution PDFs of every issue continue to be free to download. No barriers. No paywalls. Open submissions, worldwide participation, and full credit to every selected photographer stay at the heart of what we do.
How to Get the Print Edition
The print version is produced on demand with no inventory or waste. You can order directly from our print on demand page (shipping calculated at checkout). European readers especially benefit from faster and more affordable delivery thanks to regional production options.

We believe this small step adds another meaningful way to engage with the visual stories we curate together — without ever compromising the open, accessible spirit that has defined Fotoqrafika since 2011.
Whether you choose the free PDF or the printed edition, the editorial content remains exactly the same. We are simply extending the archive from the screen to the shelf. Fotoqrafika exists through the shared vision of contributing photographers and the support of its readers.
// AZ
Çap Nüsxələri – Fotoqrafika Kolleksiya Obyekti kimi
Fotoqrafika jurnalının fiziki, fərdi sifarişlə çap versiyalarını böyük məmnuniyyətlə təqdim edirik. 06-cı saydan başlayaraq, jurnalın arxiv keyfiyyətli çap versiyasını sifariş edə bilərsiniz. Bu nüsxələr yalnız müraciət əsasında, fərdi olaraq çap olunur. Hər bir nüsxə məhz sizin üçün ərsəyə gətirilir.
Yüksək keyfiyyətli PDF versiyası Fotoqrafika-nın təməli olaraq qalır — tamamilə pulsuz, hər kəs üçün əlçatan və dəyişməz.
Fotoqrafiya ekranlarda gözəl görünsə də, diqqətlə hazırlanmış çap nəşrini əldə tutmağın xüsusi bir zövqü var. Səhifələri çevirmək, vizual ardıcıllığın çapda formalaşmasını izləmək və təsvirlərlə fiziki bir obyekt kimi təmasda olmaq tamamilə fərqli və daha dərin bir təcrübədir.
Çap versiyası kolleksiya obyekti kimi nəzərdə tutulub. Bu, işləri əl ilə toxunula bilən formada toplamaq, nümayiş etdirmək və ya arxivləşdirmək istəyənlər üçün bir seçimdir. Bu, sadəcə bir jurnal deyil, şəxsi məkanınızda saxlaya və zamanla yenidən vərəqləyə biləcəyiniz bir arxiv parçasıdır. O, rəqəmsal formatı əvəz etmir, əksinə, eyni diqqətlə seçilmiş saydan zövq almaq üçün onu tamamlayır.
Hər sayın yüksək keyfiyyətli PDF variantını endirmək yenə də heç bir maneə və ödəniş olmadan mümkündür. Açıq qəbul prosesi, beynəlxalq miqyas və seçilmiş hər bir fotoqrafın işinə verilən dəyər fəaliyyətimizin mərkəzində dayanır.
Çap versiyasını necə əldə etməli?
Çap versiyası anbarda yığılmadan və israf yaratmadan, yalnız sifarişlə istehsal olunur. Jurnalı birbaşa fərdi sifarişlə çap səhifəmizdən əldə edə bilərsiniz (çatdırılma haqqı ödəniş zamanı hesablanır). Regional istehsal imkanları sayəsində Avropadakı oxucularımız daha sürətli və münasib çatdırılmadan yararlana bilərlər.
İnanırıq ki, bu kiçik addım 2011-ci ildən bəri Fotoqrafika-nı xarakterizə edən açıqlıq və əlçatanlıq ruhuna xələl gətirmədən, birgə ərsəyə gətirdiyimiz vizual hekayələrlə təmas qurmaq üçün yeni və mənalı bir yol olacaq.
İstər pulsuz PDF-i, istərsə də çap versiyasını seçməyinizdən asılı olmayaraq, redaksiya məzmunu tamamilə eynidir. Biz sadəcə arxivi ekrandan kitab rəfinə daşıyırıq. Fotoqrafika, jurnala töhfə verən fotoqrafların ortaq baxışı və oxucuların dəstəyi sayəsində mövcuddur.



Comments